Abşeron Logistika Mərkəzi
Abşeron Logistika Mərkəzi beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir.
Mərkəzin inşası Azərbaycan Dəmir Yollarının (ADY) və Dövlət Gömrük Komitəsinin (DGK) zəruri tələbləri, həmçinin beynəlxalq standartlara uyğun olaraq və mərhələli şəkildə həyata keçirilir.
65.7 ha ərazini əhatə edən mərkəz, Qaradağ rayonu – Lökbatan qəsəbəsində yerləşir.
İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən “Abşeron” gömrük postu tərəfindən həyata keçirilir.
Yaradılmış “bir pəncərə” sistemi ilə yüksək səviyyəli və operativ xidmət göstərilir.
Abşeron Logistika Mərkəzi:
• Ay ərizndə 10,000 TEU konteyner, 8,000 vaqon qəbuletmə və yükləmə-boşaltma gücü;
• Sutkada 30 min ton, ildə 11 mln. ton iri həcmli yükaşırma qabiliyyəti;
• Ümumilikdə 7500 TEU konteyner, 1000 ədəd vaqon tutumu;
• 200 ədəd TIR parkı mövcudluğu ilə hər növ logistik və gömrük xidmətləri göstərmə gücünə malikdir.
Abşeron Logistika Mərkəzi – gömrük orqanlarının, bank şöbələrinin, sahibkarların və aidiyyati özəl və dövlət qurumlarının daimi fəaliyyətini təmin etmək üçün inşa edilmiş inzibati bina və 75 sayda ofisdən ibarət biznes mərkəzidir.