Qobu Polis Bölməsi

Abşeron Rayon Polis Şöbəsinin Qobu Polis Bölməsi Abşeron rayonu Qobu qəsəbəsində yerləşir. Tikintisinə 2018 ilin oktyabrında başlanmış 3 mərtəbəli inzibati bina müasir standartlara uyğun tikilərək bütün xidməti otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib. Yeni tikilidə zəruri mühəndis təminatı-ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Ərazi daş və metal hasarla hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib. daxili işlər naziri, General-polkovnik cənab Ramil Usubovun müvafiq əmri ilə Abşeron RPİ-nin nəzdində Qobu PB-nin yaradılmasının və ən müasir tələblərə cavab verən inzibati binanın istifadəyə verilməsi ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə üst-üstə düşmüşdür və böyük təntənə ilə qeyd edilmişdir. Bölmənin açılışında Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov və Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova iştirak ediblər. Tədbir iştirakçıları Növbətçi hissəyə, xidməti otaqlara, Müvəqqəti Saxlama Yerinə baxıb, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilk fəaliyyətini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olublar.
Choose Your Color
Purchase now $17
You will find much more options for colors and styling in admin panel. This color picker is used only for demonstation purposes.