Tovuz rayonu Bozalqanlı kənd Tam Orta Məktəbi

Məktəbin ərazisi – 4.06 ha; Tikintialtı sahəsi - 4500 kv.metr; Binanın ümumi sahəsi - 11068 kv.metr; Texniki zirzəmi - 4148 kv.metr; Sinif otaqlarının sayı - 50; Şagird tutumu - 1200 yerlik; Şagirdlərin sayı – 1281 nəfər; Müəllim sayı - 158 nəfər, Texniki heyət sayı- 40 nəfərdir Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 1971-ci ildə istifadəyə verilmiş və istismara yararsız vəziyyətdə olmuş Tovuz rayonu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbi üçün müasir tipli binanın inşasına 2019-cu ilin iyun ayında başlamış və 2020-ci ilin sentyabr ayında tikinti işləri tam başa çatdırılmışdır. Bina üç mərtəbəlidir. Burada 50 sinif otağı, 6 laboratoriya (2 fizika, 2 kimya və 2 biologiya), informatika otağı, hərbi təlim otağı, 2 əmək təlimi otağı, kitabxana, tibb otağı, 236 yerlik yeməkxana, 270 yerlik akt zalı və idman zalı yaradılmışdır. Məktəb müasir avadanlıqlarla, həmçinin videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xəttləri ilə təchiz edilmişdir. Məktəb binasının istilik təminatı üçün təbii qazla fəaliyyət göstərən qazanxana, elektrik enerjisi təchizatı məqsədi ilə 630 kVt-lıq transformator və 63 kVa-lıq generator quraşdırılmış, mövcuddur artezian quyusundan istifadə etməklə 250 kub metrlik içməli su anbarı, yanğın hidrantları və su nasosu stansiyası tikilmişdir. Ərazidə açıq idman meydançası yaradılmış, dörd ədəd söhbətgah quraşdırılmış, binanın həyətinə səki daşları düzülmüş, asfalt-beton döşənmiş və yaşıllıq zolağı salınmışdır. Məktəb Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqovun adını daşıyır. 2017-2020-ci illərdə ali məktəblərə 112 nəfər daxil olmuş, qəbul imtahanlarında 25 abituriyent yüksək nəticə göstərmiş, əvvəlki illərdə bir nəfər 700 bal toplamışdır.
Choose Your Color
Purchase now $17
You will find much more options for colors and styling in admin panel. This color picker is used only for demonstation purposes.