Saatlı rayonu Orta Muğanlı kənd Tam Orta Məktəbi

Məktəbin ərazisi – 2.03 ha; Tikintialtı sahəsi - 3006 kv.metr; Binanın ümumi sahəsi - 3766,44 kv.metr; Texniki zirzəmi – 1739 kv.metr; Sinif otaqlarının sayı - 18; Şagird tutumu - 432 yerlik; Şagirdlərin sayı – 448 nəfər; Müəllim sayı - 35 nəfər, Texniki heyət sayı- 14 nəfərdir Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 1962-ci ildə istifadəyə verilmiş və istismara yararsız vəziyyətdə olmuş Saatlı rayon Orta Muğanlı kənd tam orta məktəbi üçün müasir tipli binanın inşasına 2019-cu ilin iyun ayında başlamış və 2020-ci ilin sentyabr ayında tikinti işləri tam başa çatdırılmışdır. Bina iki mərtəbəlidir. Burada 18 sinif otağı, 3 laboratoriya (fizika, kimya və biologiya), informatika otağı, hərbi təlim otağı, 2 əmək təlimi otağı, kitabxana, tibb otağı, 92 yerlik yeməkxana, 216 yerlik akt zalı və idman zalı yaradılmışdır. Məktəb müasir avadanlıqlarla, həmçinin videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xəttləri ilə təchiz edilmişdir. Məktəb binasının istilik təminatı üçün təbii qazla fəaliyyət göstərən qazanxana, elektrik enerjisi təchizatı məqsədi ilə 160 kVt-lıq transformator və 50 kVa-lıq generator quraşdırılmış, mövcuddur artezian quyusundan istifadə etməklə 100 kub metrlik içməli su və 100 kub metrlik yanğın əleyhinə və 50 kub metrlik çirkab su anbarı, su nasos stansiyası tikilmişdir. Ərazidə açıq idman meydançası yaradılmış, iki ədəd söhbətgah quraşdırılmış, binanın həyətinə səki daşları düzülmüş, asfalt-beton döşənmiş və yaşıllıq zolağı salınmışdır. 2017-2020-ci illərdə ali məktəblərə 23 nəfər daxil olmuş, qəbul imtahanlarında 8 abituriyent yüksək nəticə göstərmişdir.
Choose Your Color
Purchase now $17
You will find much more options for colors and styling in admin panel. This color picker is used only for demonstation purposes.