Quba rayonu Zəki Kərimov adına 1-ci Nügədi kənd 1 nömrəli 792 şagird yerlik tam orta məktəb
- Məktəbin ərazisi – 2.1 ha;
- Tikintialtı sahəsi - 3008 kv.metr;
- Binanın ümumi sahəsi - 6450 kv.metr;
- Texniki zirzəmi - 2700 kv.metr;
- Sinif otaqlarının sayı - 33;
- Şagird tutumu - 792 yerlik;
- Şagirdlərin sayı - 813nəfər;
- Müəllim sayı - 61 nəfər,
- Texniki heyət sayı- 21 nəfərdir
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 1971-ci ildə istifadəyə verilmiş və istismara yararsız vəziyyətdə olmuş Quba rayonu Zəki Kərimov adına 1-ci Nügədi kənd tam orta məktəbi üçün müasir tipli binanın inşasına 2019-cu ilin iyun ayında başlamış və 2020-ci ilin sentyabr ayında tikinti işləri tam başa çatdırılmışdır.
Bina üç mərtəbəlidir. Burada 33 sinif otağı, 6 laboratoriya (2 fizika, 2 kimya və 2 biologiya), 2 informatika otağı, hərbi təlim otağı, 2 əmək təlimi otağı, kitabxana, tibb otağı, 120 yerlik yeməkxana, 220 yerlik akt zalı və idman zalı yaradılmışdır. Məktəb müasir avadanlıqlarla, həmçinin videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xəttləri ilə təchiz edilmişdir.
Məktəb binasının istilik təminatı üçün təbii qazla fəaliyyət göstərən qazanxana, elektrik enerjisi təchizatı məqsədi ilə 250 kVt-lıq transformator və 63 kVa-lıq generator quraşdırılmış, mövcuddur artezian quyusundan istifadə etməklə 250 kub metrlik içməli və 250 kub metrlik yanğın əleyhinə və 50 kub metrlik çirkab su anbarları və su nasos stansiyası tikilmişdir.
Ərazidə açıq idman meydançası yaradılmış, iki ədəd söhbətgah quraşdırılmış, binanın həyətinə səki daşları düzülmüş, asfalt-beton döşənmiş və yaşıllıq zolağı salınmışdır.
Məktəb öz məzunu olmuş şəhid Zəki Kərimovun adını daşıyır.
2017-2020-ci illərdə ali məktəblərə 28 nəfər daxil olmuş, qəbul imtahanlarında 16 abituriyent yüksək nəticə göstərmiş, onlardan 9-u 500 və 7-i 600-dən yuxarı bal toplamışdır.