Mingəçevir şəhəri 13 saylı Tam Orta Məktəbi

Məktəbin ərazisi – 1.74 ha; Tikintialtı sahəsi - 3006 kv.metr; Binanın ümumi sahəsi - 5119,44 kv.metr; Texniki zirzəmi – 1600,88 kv.metr; Sinif otaqlarının sayı - 26; Şagird tutumu - 624 yerlik; Şagirdlərin sayı – 655 nəfər; Müəllim sayı - 57 nəfər, Texniki heyət sayı- 20 nəfərdir Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 1972-ci ildə istifadəyə verilmiş və istismara yararsız vəziyyətdə olmuş Mingəçevir şəhər Noel Ahəngari adına 13 saylı tam orta məktəbi üçün müasir tipli binanın inşasına 2019-cu ilin iyul ayında başlamış və 2020-ci ilin sentyabr ayında tikinti işləri tam başa çatdırılmışdır. Bina üç mərtəbəlidir. Burada 26 sinif otağı, 3 laboratoriya (fizika, kimya və biologiya), informatika otağı, hərbi təlim otağı, 2 əmək təlimi otağı, kitabxana, tibb otağı, 156 yerlik yeməkxana, 240 yerlik akt zalı və idman zalı yaradılmışdır. Məktəb müasir avadanlıqlarla, həmçinin videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xəttləri ilə təchiz edilmişdir. Məktəb binasının istilik təminatı üçün təbii qazla fəaliyyət göstərən qazanxana, elektrik enerjisi təchizatı məqsədi ilə 250 kVt-lıq transformator və 63 kVa-lıq generator quraşdırılmış, mövcuddur artezian quyusundan istifadə etməklə 200 kub metrlik içməli və 250 kub metrlik yanğın əleyhinə su anbarı və su nasos stansiyası tikilmişdir. Ərazidə açıq idman meydançası yaradılmış, iki ədəd söhbətgah quraşdırılmış, binanın həyətinə səki daşları düzülmüş, asfalt-beton döşənmiş və yaşıllıq zolağı salınmışdır. Məktəb öz məzunu olmuş şəhid Noel Ahangarinin adını daşıyır. 2017-2020-ci illərdə ali məktəblərə 71 nəfər daxil olmuş, qəbul imtahanlarında 17 abituriyent yüksək nəticə göstərmişdir.
Choose Your Color
Purchase now $17
You will find much more options for colors and styling in admin panel. This color picker is used only for demonstation purposes.