Bərdə şəhəri Elgiz Kərimov adına 4 saylı 624 şagird yerlik tam orta məktəb
Məktəbin sahəsi – 1,8 ha;
Tikintialtı sahəsi – 3006 m2;
Binanın ümumi sahəsi – 5119,44 m2;
Texniki zirzəmi – 1600,88 m2
Sinif otaqlarının sayı – 33;
Şagird tutumu – 624 yerlik;
Şagirdlərin sayı – 418 nəfər ;
Müəllim sayı - 55 nəfərdir.
Bərdə şəhəri 4 saylı orta məktəbin təməli 1971-ci ildə qoyulmuşdur. Məktəb öz məzunu olmuş Milli Qəhrəman Elgiz Kərimovun adını daşıyır.
Heydər Əliyev fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində müasir tipli məktəb tikintisi qərara alınmışdır.
Tikinti-quraşdırma işləri 2019-cu il iyun ayında başlamış və 2020-ci il avqust ayında tam başa çatdırılmışdır.
Bina üç mərtəbəlidir. Burada 33 sinif otağı, 3 laboratoriya (1 fizika, 1 kimya və 1 biologiya), 2 əmək təlimi otağı, kitabxana, 240 yerlik akt zalı, idman zalı, 156 yerlik yeməkxana vardır. Məktəb müasir avadanlıqlarla təchiz edilmiş, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılmış, internet və telefon xəttləri çəkilmişdir.
Məktəb binasının istiliklə təmin olunması üçün təbii qazla işləyən qazanxana, su nasosu stansiyası, elektrik enerjisi təminatı üçün 250 kvt-lıq transformator və 63 kva-lıq generator quraşdırılmışdır. Su təminatı üçün artezian quyusu mövcuddur. Ehtiyyat üçün 200 m3 içməli su anbarı, 250 m3 yanğın əleyhinə su anbarı, 50 m3 çirkab su anbarı və məişət əşyalarının yığılması üçün anbar tikilmişdir. Ərazidə açıq idman meydançası yaradılmış, binanın həyətinə səki daşları düzülmüş, asfalt-beton döşənmiş, yaşıllaşdırma işləri, səth sularının ərazidən kənarlaşdırılması üçün tədbirlər görülmüşdür.
Hazırda məktəbin yetirmələrindən 2 nəfər elmlər doktoru, 2 nəfər FLEX məzunu, 1 nəfər Milli Qəhrəman vardır. 2017-2020-ci illərdə ali məktəblərə 28 nəfər daxil olmuşdur. 500 baldan yuxarı 9 nəfər, 600 baldan yuxarı 7 nəfər olmuşdur.