AR DİN Daxili Qoşunlarının Bakıxanov qəsəbəsində yerləşən N saylı Hərbi Hissəsinin tikintisi

AR DİN MTTBİ ilə "TVM İNŞAAT" MMC ilə AR DİN Daxili Qoşunlarının Bakıxanov qəsəbəsində yerləşən N saylı Hərbi Hissəsinin tikintisinin həyata keçirilməsi barədə müqavilə bağlanılmışdır. Hərbi hissə nəzarət-buraxılış məntəqəsindən, yeməkxanadan, 3 mərtəbəli əsgər kazarmasından, sanitar qovşaqdan, anbarlardan, su anbarından, sıra meydanından, açıq avtomobil talvarından, tibb məntəqəsindən, qarovul məntəqəsindən, qarovul şəhərciyindən, yanacaq-sürtkü materialları ambarından, müşahidə qülləsindən, 5 mərtəbəli qərargah-kazarma binasından, mağaza, qazanxana və tribunadan ibarətdir. Binanın tikinti altı sahəsi - 911.11 m2; Binannın faydalı sahəsi - 715.93 m2 Binanın tikinti həcmi - 5589.45 m3. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə hərbi hissənin açılışı olmuşdur. Sabuncu rayonunda yerləşən hərbi hissəsinin açılışı hərbi hissənin 18-ci ildönümünə təsadüf edilmişdir.
Choose Your Color
Purchase now $17
You will find much more options for colors and styling in admin panel. This color picker is used only for demonstation purposes.