AR DİN Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin əsaslı təmir-tikinti və yenidənqurma işləri
AR DİN MTTBİ ilə "TVM İNŞAAT" MMC ilə AR DİN Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin əsaslı təmir-tikinti və yenidənqurma işlərinin həyata keçirilməsinə dair müqavilə imzalanmışdır.
Ümumi sahəsi 2,7 hektar olan ərazidə yerləşən bütün infrastrukturda – inzibati və yataqxana binalarında, tədris korpusunda, nəzarət-buraxılış məntəqəsində əsaslı təmir aparılıb, təlim yeri, tir, yeni anbar və qapalı avtomobil boksları, mini futbol, voleybol meydançaları, sanitar qovşaqlar və digər yardımçı sahələr tikilib. 2019-cu il oktyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin əsaslı təmir-tikinti və yenidənqurma işlərindən sonra təqdimatı olub. Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.
Məktəbin rəisi, polis polkovniki Mirzeynalabdin Seyidov nazirə şəxsi heyətin mərasimə hazır olması barədə raport verib.