AR DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının yeni korpusunun tikintisi
AR DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının yeni korpusu Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhimbəy Haqverdiyev 78 ünvanında yerləşir. Binanın təyinatı ailə-uşaq çüalicə mərkəzidir.
Sahədə avtodayanacaq üçün nəzərdə tutulan yerə düşən ağac və kolların yerlərinin dəyişdirilməsi, qurumuş ağac və kolların çıxarılıb kənarlaşdırılması, dekorativ dəmir-beton hasarın, darvaza və şlaqbaumun sökülməsi, gələcəkdə yerində kafe tikilməsi nəzərdə tutulan yerdə xarici pilləkən və bortların sökülməsi, asfalt döşəmənin sökülməsi, altında torpağın 20 sm qazılması, əlavə tikilinin, tibbi qazlar üçün saxlanma konteynerlərinin və nasosxanalarının sökülməsi və s. işlər nəzərdə tutulmuşdur. Torpaq sahəsi - 10,600.00 m2; mövcud binaların tikinti sahəsi - 1,486.32 m2; sökülən bina və qurğuların tikinti sahəsi - 791.90m2; yaşıllaşdırma sahəsi - 2,818.55 m2 təşkil edir.