"Meyvəli" MMC ərazisində iki mərtəbəli ticarət obyektlərinin tikintisi
Ticarət mərkəzləri Qaradağ rayonu, Meyvəli ticarət mərkəzinin ərazisində yerləşir. Üç iki mərtbəli ticarət obyektlərindən, avtomobil dayanacağından, gömrük idarəsinin yerüstü avtomobil dayanacağından, talvardan, mövcud avtomobil dayanacağından və nəzarət-buraxılış məntəqəsindən ibarətdir. Ərazinin sahəsi - 39.15711 ha; bina və qurğuların yerüstü mərtəbələrinin sahəsi - 7378 m2; yerüstü avtodayanacaqların ümumi sahəsi - 3171 m2; bina və qurğuların tikinti sahəsi - 3689 m2; yerüstü avtodayanacaqların sayı - 130 ədəd təşkil edir.